...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 3 Avqust 2021 20:19 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 77 785 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 560, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 225 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 119 407, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 971 686, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 147 721 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti