...

2 217 nəfər COVID-19 pasportu olmadığına görə toylara buraxılmayıb

Cəmiyyət Materials 10 Avqust 2021 09:58 (UTC +04:00)
2 217 nəfər COVID-19 pasportu olmadığına görə toylara buraxılmayıb

Bakı. Trend:

Avqustun 9-da Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Trend-ə verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 2 217 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti