...

Azərbaycanda "Xəzər günü" qeyd olunur (FOTO)

Cəmiyyət Materials 12 Avqust 2021 10:45 (UTC +04:00)
Azərbaycanda "Xəzər günü" qeyd olunur (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

12 avqust 2006-cı il tarixindən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il bu tarix “Xəzər günü” kimi qeyd olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanda “Xəzər günü” üç tərəfdən Xəzər dənizinin əhatəsində yerləşən Abşeron Milli Parkında “Xəzərin mühafizəsində birik, birlikdəyik!” devizi altında qeyd olunub.

Xəzər dənizinin və sahil zolağının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq məqsədilə keçirilən tədbirdə Azərbaycan Könüllü Təşkilatları İttifaqına üzv olan 50-dək könüllü iştirak edib.

İştirakçılara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Xəzərin ekoloji problemləri, görülən işlər, aparılan monitorinqlər barədə məlumat verilib, dənizin çirkləndirilməsinin qarşısının alınmasında ictimaiyyətin böyük rolu olduğu bildirilib.

Daha sonra Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Səyyar Laboratoriyası vasitəsilə su nümunələri üzərində aparılan analizlər əyani olaraq könüllülərə nümayiş etdirilib.

İştirakçılar arasında Xəzər dənizinin ekosisteminə, bioloji resurslarına aid sualları əhatə edən viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

“Xəzər günü” Abşeron yarımadasını ən ucqar şərq nöqtədə Xəzərlə birləşdirən “Şah Dili” yə səyahətlə yekunlaşıb.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti