...

Ötən ay işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

Cəmiyyət Materials 1 Sentyabr 2021 16:41 (UTC +04:00)
Ötən ay işğaldan azad edilmiş ərazilərdə aşkarlanmış minaların sayı açıqlandı

Bakı. Trend:

Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə avqust ayı üzrə məlumatı açıqlayıb.

ANAMA-dan Trend-ə bildirilib ki, avqustun 1-dən 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 455 piyada əleyhinə mina, 70 tank əleyhinə mina və 503 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

634 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti