...

Şəhid xanımı da tələbə oldu

Cəmiyyət Materials 4 Sentyabr 2021 12:24 (UTC +04:00)
Şəhid xanımı da tələbə oldu

Bakı. Fərid Zöhrabov - Trend:

Vətən Müharibəsi şəhidi Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova universitetə qəbul olub.

Trend xəbər verir ki, bu barədə Əzizə Həsənova sosial şəbəkədə paylaşım edib.

“Oxumaq heç zaman gec deyildir. Tələbə adını qazandım. Qəbul olan hər kəsi təbrik edirəm. Ruhun şad olsun, Farizim. Mənə olan dəstəyin, köməyin nəticəsində bu uğurlara imza atıram”.

Qeyd edək ki, Fariz Həsənov Füzuli rayonunun və onun 8 kəndinin alınması əməliyyatında iştirak edib. Oktyabrın 13-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 16-da doğulduğu kənddə torpağa tapşırılıb. Vətən müharibəsində “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti