...

Hindistan Səfirliyi Müəllimlər Gününü qeyd edib (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2021 20:03 (UTC +04:00)
Hindistan Səfirliyi Müəllimlər Gününü qeyd edib (FOTO)

Bakı. Trend:

Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün “Azadi Ka Amrit Mahotsav” adı altında keçirilən tədbirlər çərçivəsində Hindistan Səfirliyi Azərbaycanda çalışan hind əsilli müəllimlərin şərəfinə tədbir təşkil edib. Tədbirdə hind əsilli aparıcı müəllimlər, Hindistan diasporunun üzvləri və Hindistanın Azərbaycandakı dostları iştirak ediblər.

Hindistanın Azərbaycandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Hindistanın Səfiri Bavitlunq Vanlalvavna müəllimlərin verdiyi töhfələrdən danışıb və onların cəmiyyətdəki mühüm rolunu qeyd edib. Müəllimlər isə Azərbaycanda işlədikləri vaxt ərzində qazandıqları zəngin təcrübələri tədbir iştirakçıları ilə bölüşüblər. Bu münasibətlə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsünün mövzularından biri olan “Vishwa Guru Bharat” (Dünya Müəllimi Hindistan) xüsusilə vurğulanıb.

Sentyabrın 5-i hər il Hindistanda Müəllimlər Günü olaraq Hindistanın birinci Vitse-prezidenti və ikinci Prezidenti, çox hörmətli müəllim, filosof və görkəmli dövlət xadimi Dr. Sarvepalli Radhakrişnanın şərəfinə qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti