...

Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib - Nazir

Cəmiyyət Materials 7 Sentyabr 2021 14:20 (UTC +04:00)
Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib - Nazir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib.

Trend-in məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.

E.Əmrullayevin sözlərinə görə, təhsil işçilərinin 169 min 860 nəfəri vaksin olunub: "138 min 654 nəhər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib".

Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Xəbər lenti

Xəbər lenti