...

Pirşağı sahilində 10-a yaxın ölmüş suiti aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 11 Oktyabr 2021 14:37 (UTC +04:00)
Pirşağı sahilində 10-a yaxın ölmüş suiti aşkarlanıb (FOTO)

Bakı. Çingiz Səfərli - Trend:

Xəzər dənizinin Pirşağı sahillərində 10-a yaxın ölmüş suiti aşkarlanıb.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib.

Onun sözlərinə görə, hazırda AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə hadisə yerindədirlər:

"Cəsədlərin əksəriyyəti köhnədir. Bəzilərinin üzərində kəsici alət izləri aşkarlanıb. Məlumdur ki, balıqçı torlarına düşüblər. Suitilər əslində bu mövsümdə Xəzərin şimal hissəsində, Rusiya və Qazaxıstan sahillərində olurlar. Bizim sahillərdə isə az bir qismi qalır. Bəzən yaşlı suitilər özlərini qayalara çırparaq, tələf olurlar və dalğa onları sahilə gətirir. Buna görə suitilərin hamısının brokonyerlərin qurbanı olduğunu demək olmaz".

AMEA-nın Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleyman də Trend-ə açıqlamasında bildirib ki, suitilərin çoxu balıqçı torlarına ilişərək tələf olublar. Zəhərlənərək ölmələrinə dair bir əsas yoxdur. Torlara ilişib və yaralı halda sahilə çıxıblar.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti