...

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 9 milyonu keçdi

Cəmiyyət Materials 12 Oktyabr 2021 15:26 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 9 milyonu keçdi

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 810 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 015, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 795 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 037 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 903 419, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 133 680 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti