...

Pedaqoji Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib

Cəmiyyət Materials 14 Oktyabr 2021 14:41 (UTC +04:00)
Pedaqoji Universitetdə bir neçə qrup koronavirusa görə distant təhsilə keçib

Bakı. Çingiz Səfərli - Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3 tələbəsi koronavirusa yoluxub.

Bu barədə Trend-ə ADPU-nun mətuat katibi Cavid Hüseynov məlumat verib. Onun sözlərinə görə, yoluxanlar Fizika və Musiqi və İncəsənət fakültələrinin tələbələridir:

"Yoluxma ilə əlaqədar olaraq tələbələrin təhsil aldıqları qruplarda dərslər 2 həftəlik distant formaya keçirilib".

Qeyd edək ki, sentyabrın 29-da ali təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Qaydalara uyğun olaraq, 18 yaşı tamam olan tələbələrdən və əməkdaşlardan vaksin pasportu, immunitet pasportu və ya əks göstəriş sənədi tələb edilir. Auditoriyaların tutumundan asılı olaraq isə dərslər növbəli təşkil olunur.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti