...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 22 Oktyabr 2021 12:43 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Oktyabrın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya XidmətindənTrend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək.

Abşeron yarımadasında gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 18-20° isti olacaq.

Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti