...

Hazırda tədrisi distant aparan siniflərin sayı açıqlanıb

Cəmiyyət Materials 27 Oktyabr 2021 12:15 (UTC +04:00)
Hazırda tədrisi distant aparan siniflərin sayı açıqlanıb

Trend-i buradan izləyin

Bakı. Çingiz Səfərli - Trend:

Koronavirusa yoluxmalar səbəbindən distant təhsilə keçən 697 sinifdən 155-i 2 həftəlik karantin müddətindən sonra ənənəvi təhsilə geri qayıdıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Məlumata görə, hazırda 542 sinif distant təhsildədir. Bu, ölkə üzrə ümumtəhsil məktəblərinin 0,6 faizini təşkil edir.

Qeyd edək ki, ibtidai siniflərdə əyani tədris sentyabrın 22-də, yuxarı siniflərdə, kollec və ali təhsil müəssisələrində isə 29-dan başlayıb.

Twitter: @cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti