...

“Azərxalça” DGK əməkdaşları üçün təlim təşkil edib (FOTO)

Cəmiyyət Materials 2 Noyabr 2021 14:58 (UTC +04:00)
“Azərxalça” DGK əməkdaşları üçün təlim təşkil edib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" nın icrasını təmin etmək, bu sahədə gömrük orqanları əməkdaşlarının peşə və ixtisas biliklərini artırmaq məqsədilə “Azərxalça” ASC tərəfindən Dövlət Gömrük Komitəsi əməkdaşları üçün “QR kod və onun istifadə qaydaları” adlı təlim təşkil olunub.

Təlim və qurulan qarşılıqlı əməkdaşlıq Dövlət Proqramının həyata keçirilməsində bütün qurumlarla yanaşı Dövlət Gömrük Komitəsinin üzərinə düşənməsuliyyətin nə dərəcə məsuliyyətli və vacib olduğunu ortaya çıxarır.

Təlimin məqsədi gömrükçülərin xalça və digər toxuma məmulatları haqqında bilgilərini artırmaq, sərhədkeçmə prosesində gömrük işinin daha səmərəli və sürətli şəkildə reallaşdırılmasına nail olmaq, “Azərxalça” nın QR kodlu xalçaları ilə iş prinsipləri, istifadə qaydaları kimi məsələləri iştirakçılara çatdırmaqdır.

Mədəni sərvətimiz hesab olunan , “Azərxalça” nın müxtəlif emalatxanalarında toxunan xalçaların ölkədən qanunsuz çıxarılmasının qarşısının alınması məqsədilə yaradılan QR kod sistemi DGK əməkdaşlarının işini yüngülləşdirməklə yanaşı hər iki qurumun qarşılıqlı əməkdaşlığı üçün əlverişli şərait yaradır.

4 gün davam edəcək təlimin ilk günüdə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Sərnişin Dəhlizlərinin İdarəolunması şöbəsinin rəisi Vasif Qurbanov çıxış edərək təlimin təşkilinə görə “Azərxalça” ASC-ə Komitə adından təşəkkürünü bildirib.

Öz növbəsində “Azərxalça” ASC əməkdaşları bu sahədəki Dövlət Proqramı, eləcə də onun icra vəziyyəti barədə əməkdaşları məlumatlandırıb.

Bildirilib ki, Azərbaycan xalçası adı altında xaricdə istehsal edilən saxta xalçaların ölkəmizə idxalının və satışının qarşısının alınması, bu sahədə qaçaqmalçılıq halları ilə ciddi mübarizədə “Azərxalça” nın QR kod sisteminin tətbiqi müsbət nəticə verəcək.

Daha sonra Dövlət Proqramının icrası ilə bağlı geniş müzakirələr aparılıb, ekspertlər orijinal “Azərxalça” xalçalarının başqa ölkələrdə istehsal edilən, yaxud saxta xalçalardan ayırd etməyin yolları, QR kodun tətbiqi zamanı qarşıya çıxa biləcək müxtəlif hallar haqda suallara cavab verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti