...

Qaradağ rayonunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2021 15:00 (UTC +04:00)
Qaradağ rayonunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayonunda 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, şəhid ailələri və qazilər, Şura üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, Milli Məclisin deputatları, YAP Qaradağ Rayon Təşkilatının sədri və ictimaiyyət nümayəndələri iştirak edirdi.

Tədbir iştirakçıları Lökbatan qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarları önünə əklil və çələnglər qoydular.

Lökbatan qəsəbəsi, 28 May küçəsindən Heydər Əliyev parkının qarşısınadək Bayraq yürüşü oldu.

Heydər Əliyev parkında Qaradağ rayonundan olan şəhidlərin həyat yolundan bəhs edən fotosərgi və 5 nömrəli Uşaq İncəsənət Musiqi məktəbinin şagirdlərinin rəsm sərgisi nümayiş edildi.

Zəfər Bayramına həsr edilmiş fləşmob keçirildi.

Tədbirdə ölkəmizdə olduğu kimi Qaradağ rayonunda da Prezident İlham Əliyev tərəfindən şəhidlərimizə, onların ailə üzvlərinə və qazilərə olan qayğının hər zaman yüksək səviyyədə olduğu qeyd edilmişdir.

Vətənə böyük sevgiləri olan qəhrəmanların ömür yolu gənclərin vətənpərvərlik ruhunun formalaşmasında müstəsna rol oynayır. Qəhrəmanlıqları ilə dastan yazan igid oğullarımızı yad etmək, xatırlamaq, gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən ən müqəddəs vəzifədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti