...

Amnistiya aktına düşən məhkumlar arasında 70 qadın var

Cəmiyyət Materials 11 Noyabr 2021 12:24 (UTC +04:00)
Amnistiya aktına düşən məhkumlar arasında 70 qadın var

Bakı. Samir Əli - Trend:

Bu dəfəki Amnistiya aktına düşən məhkumlar arasında 70 qadın var.

Trend-in məlumatına görə, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Onun sözlərinə görə, amnistiya aktına düşən məhkumlardan 6 nəfəri yeniyetmədir:

"Bu rəqəmlər dəyişə bilər. Onlardan 4-nün cəzası azaldılacaq, 2 nəfər isə azadlığa çıxacaq. Qadınların sayı isə 70 nəfərə yaxındır. Bu rəqəmlər də dəyişə bilər, onların yarısının cəzası azaldılacaq, yarısı isə azadlığa buraxılacaq” - deyə M.Ələkbərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti