...

Daha bir məktəb əyani tədrisə qayıtdı

Cəmiyyət Materials 16 Noyabr 2021 10:43 (UTC +04:00)
Daha bir məktəb əyani tədrisə qayıtdı

Bakı. Çingiz Səfərli - Trend:

Noyabrın 16-dan etibarən paytaxtdakı 269 nömrəli tam orta məktəbdə əyani dərslər bərpa olunub.

Bu barədə Trend-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, məktəb kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş 14 günlük karantin müddəti bu gün başa çatıb:

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur" - məlumatda qeyd edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti