...

Hərbçilərə məzuniyyət zamanı verilən müavinətin artırılması təklif edilir

Cəmiyyət Materials 17 Noyabr 2021 13:55 (UTC +04:00)
Hərbçilərə məzuniyyət zamanı verilən müavinətin artırılması təklif edilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda hərbi qulluqçulara hər il növbəti məzuniyyətə çıxarkən, onlara əlavə olaraq 2 aylıq vəzifə maaşı məbləğində müavinət verilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu qayda müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına şamil edilməyəcək.

Yeni qanun layihəsində həmçinin qeyd edilir ki, hərbi qulluqçuların ailə üzvləri və himayəsində olan şəxslərlə birlikdə respublika ərazisində növbəti məzuniyyət keçirdikləri yerə gedib-gəlmək üçün çəkdikləri nəqliyyat xərcləri təsdiqedici sənədlər (taksidən başqa) əsasında onlara ödəniləcək.

Hazırki qanuna əsasən, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatı verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti