...

Prokurorluq tərəfindən 157 cinayət işinin başlanması təmin edilib

Cəmiyyət Materials 22 Noyabr 2021 11:51 (UTC +04:00)

Bakı. Trend:

2021-ci ilin yanvar-oktyabr ayları ərzində prokurorluq tərəfindən 157 cinayət işinin başlanması təmin edilib

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə "günün rəqəmi" həştəqi ilə məlumatlar yerləşdirilir.

"Bu günün rəqəmi isə 157-dir. Belə ki, 2021-ci ilin yanvar-oktyabr ayları ərzində sadələşdirilmiş icraat materialları üzrə prokuror tərəfindən 157 cinayət işinin başlanması təmin edilmişdir. Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti