...

Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə ilə bağlı təbliğat kampaniyası keçirilir (VİDEO)

Cəmiyyət Materials 15 Noyabr 2021 14:00 (UTC +04:00)
Azərbaycanda vaksinasiya prosesi və peyvəndləmə ilə bağlı təbliğat kampaniyası keçirilir (VİDEO)

Bakı. Trend:

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) birlikdə vaksinasiya üçün üçüncü təbliğat kampaniyasını həyata keçirir.

Trend-in məlumatına görə, həm “Peyvənd olunaq - darıxdığımız həyatı qaytaraq” şüarı ilə həyata keçirilən təbliğat kampaniyası, həm də onun davamı olan “Birimiz hamımız üçün peyvənd olunaq” çağırışı pandemiya ilə mübarərizənin ən təsirli yolunun vaksinasiya olduğunu göstərdi.

Hazırda isə 3-cü dozanın əhəmiyyətindən bəhs edən “Peyvəndlə güclənək, qalib gələk” şüarı ilə davam edən təbliğat kampaniyasında COVID-19 pandemiyasından tamamilə xilas olmağın yeganə yolunun gücləndirici doza ilə peyvəndlənmək olduğu göstərilir.

Kampaniya üçün nəzərdə tutulan sosial media məzmunu, video və radioçarxlar, çöl reklamları və çap materiallarında 2 doza peyvənd olunan şəxslərin 3-cü doza ilə güclü immunitet qazanaraq COVID-19 pandemiyasına qalib gəlmələri əks olunur.

Kampaniya çərçivəsində işıq üzü görən videoçarxda fərqli yaş, peşə, həyat tərzinə malik hər bir şəxs üçün 3-cü dozanın həyati əhəmiyyət kəsb etdiyi vurğulanır.

"Əsas mesaj isə ondan ibarətdir ki, uzun müddətdir mübarizə apardığımız pandemiya üzərində qələbə qazanmağın yeganə yolu vaksinasiya ilə immuniteti gücləndirməkdir. Təbliğat kampaniyasının şüarı da bu düşüncələri tamamlayır: Peyvəndlə güclənək, qalib gələk!

Kampaniyanın kommunikasiya strategiyası “Maverick” Kommunikasiya Agentliyi, istehsalat işləri isə Bakı Media Mərkəzi tərəfindən reallaşdırılıb", - TƏBİB-dən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti