...

BDU və Altay Dövlət Universiteti əməkdaşlıq barədə razılığa gəlib (FOTO)

Cəmiyyət Materials 26 Noyabr 2021 12:07 (UTC +04:00)
BDU və Altay Dövlət Universiteti əməkdaşlıq barədə razılığa gəlib (FOTO)

Bakı. Maryana Əhmədova - Trend:

Noyabrın 26-da Bakıda Bakı Dövlət Universiteti ilə Rusiyanın Altay Dövlət Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Trend-in məlumatına görə, imzalanma mərasimində Bakı Dövlət Universitetinin prorektoru Fərda İmanov və Altay Dövlət Universitet prorektoru Roman Raykin iştirak edib.

Tərəflər müxtəlif elmi sahələrdə, türk xalqlarının tarixinin öyrənilməsi, akademik mübadilə və tədris proqramlarının icrası sahələrində əməkdaşlığa ümidvar olduğunu bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti