...

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Noyabr 2021 00:00 (UTC +04:00)
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Yaş Qrupları yarışları qaliblərinin mükafatlandırma mərasimi keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gimnastika Arenasında batutla tullanma, qoşa mini-batut və tamblinq üzrə yaş qrupları arasında keçirilən 28-ci Dünya Yaş Qrupları yarışlarının üçüncü gününün qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Trend xəbər verir ki, 17-21 yaş kateqoriyası üzrə qadınlar arasında fərdi batutda tullanma proqramında Meri Qolota (Rusiya) fəxri kürsünün birinci pilləsinə qalxıb, Aleksandra Bonartseva (Rusiya) ikinci, Yuka Misava (Yaponiya) üçüncü yeri tutmub.

Eyni kateqoriyada kişilər arasında Kirill Kozlov (Rusiya) qızıl, Şunt İseki (Yaponiya) gümüş, Sebastyan Stankeviç (Belarus) bürünc medala sahib olublar.

11-12 yaş qrupu üzrə qadınlar arasında tamblinq proqramında Varvara Doroxova (Rusiya) birinci, Liya Vəliyeva (Rusiya) ikinci, Esme Van Den Stin (Belçika) isə üçüncü yeri tutub.

11-12 yaş qrupu üzrə kişilər arasında tamblinq proqramında İslam Kabdollov (Qazaxıstan) qızıl, Aleksey Romanov (Rusiya) gümüş, Nikolay Volkov (Rusiya) bürünc medal qazanıb.

Qızlar arasında 13-14 yaş kateqoriyasında qoşa mini-batutda tullanma yarışlarında Yuliya Korotkova (Rusiya) birinci yeri, Lea Edelman (ABŞ) ikinci, Sofiya Alyayeva (Rusiya) isə üçüncü yeri tutub.

Oğlanlar arasında 13-14 yaş kateqoriyasında qoşa mini-batutda tullanma yarışlarında qızıl medalı Lev Busarev (Rusiya), gümüş medalı Kaia Lawson (ABŞ), bürünc medal isə Mika Mayner (ABŞ) qazanıb.

15-16 yaş qrupu üzrə qadınlar arasında sinxron tullanma proqramında Nataliya Bloxina və Anjelika Alışeva (Rusiya) birinci, Mariya Sergeeva və Violetta Bardilovskaya (Belarus) ikinci, Maya Möller və Aurelia Eisloffel (Almaniya) isə üçüncü yerdə qərarlaşıblar.

Kişilər arasında eyni yaş kateqoriyasında batutda sinxron tullanma proqramında qızıl medalları Belaruslu Maksim Osipenko və Mixail Şçur (Belarus), gümüş medalları Maksim Anisimov və Dmitri Nartov (Rusiya), “bürünc”ü isə Kanato Tsuzuku və Taiga Akaişi (Yaponiya) cütlüyü qazanıb.

Qeyd edək ki, 25-28 noyabr tarixlərində keçiriləcək 28-ci Dünya Yaş Qrupları Yarışlarında 32 ölkədən 650 idmançı iştirak edir.

Gimnastlar həm batut, həm tamblinq, həm də ikili mini-batut üzrə yarışlarda 11-12, 13-14, 15-16 və 17-21 yaş kateqoriyasında yarışırlar.

Yarışda gimnastlar batut üzərində fərdi və sinxron tullanışlar, tamblinq və ikili mini-batut üzrə proqramlarda çıxış edirlər.

Yarışlarda Azərbaycanı 15 gimnast təmsil edir. Batut gimnastikasında Selcan Maqsudova, Maqsud Maqsudov, Ammar Baxşəliyev, İbrahim Mustafazadə, Mehdi Əliyev, Nicat Mirzyəyev, Əli Niftəliyev, Şəfiqə Hümbətova, Səma Cəfərova, tamblinq yarışlarında Tofiq Əliyev, Adil Hacızadə, Bilal Qurbanov, Hüseyn Əsədullayev, Aleksey Karataşov və Elnur Məmmədov iştirak edirlər.

(FOTO: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti