...

Region universitetlərinin tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2021 12:02 (UTC +04:00)

Bakı. Trend:

Hər il ADA Universiteti ABŞ-nın Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilən “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsini həyata keçirir. Layihənin başlıca məqsədi Azərbaycan Universitetləri və araşdırmaçılarının tədqiqat profilini genişləndirmək, ölkə üzrə tədqiqat şəbəkəsini qurmaq və onun inkişafına dayaq verməkdir.

Layihənin fəaliyyət istiqamətlərindən biri regionlarda yerləşən elmi mərkəzlərin, ali təhsil müəssissələrinin elmi potensialını təkmilləşdirilmək və dəstəkləməkdən ibarərtdir.

Bu məqsədlə, ADA Universiteti sosial və humanitar sahələrdən olan gənc müəllimlər, müstəqil tədqiqatçılar, doktorantura və magistratura pillələrində çalışan tələbələr, dissertantlar üçün 10 həftəlik tədqiqat yönümlü onlayn təlim proqramını təklif edir. Təlim proqramı “Tədqiqat Metodları” (25 saat) və “ Akademik Yazı” (25 saat) kursundan ibarətdir. Proqram ADA Universitetin aparıcı professor-müəllim heyəti tərəfindən keçirilir və qruplar üzrə həm ingilis həm də azərbaycan dillərində tədris olunur.

Proqram iştirakçıları kursun bütün tələblərinə riayət etməli və tapşırıqların hamısını yerinə yetirməlidirlər. Təlim proqramını uğurla başa vuran iştirakçılar sertifikat ilə təltif olunurlar.

Adıgedən təlim proqramında onlayn olaraq iştirak etmiş AMEA-nın Gəncə Bölməsinin əməkdaşı, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər regional dövlət təşkilatlarının iştirakçılar ilə seminar və sertifikatların təqdimat görüşü təşkil olundu. Görüş ADA Universiteti və Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə GDU-nun V tədris binasında baş tutdu. Görüşün əsas qonaqları Saida Nəbiyeva, (ADA Universitetinin Təhsilin İdarə edilməsi fakültəsinin Proqram direktoru) və Dr. Anar Vəliyev, (ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı) idilər.

Seminarda GDU-nu təmsil edən Dosent Əjdər Əsgərov (Xarici dillər fakültəsinin dekanı) qonaqları və iştirakçıları salamlayaraq seminarın işində müvəffəqiyyət arzuladı. Daha sonra qonaqlar iştirakçıları salamladı və sertifikatları təqdim etmə mərasiminə keçildi. Sevindirici haldır ki, GDU-nun 9 əməkdaşına bu sertifikatlar təqdim edildi.

Seminarda daha sonra Saida Nəbiyevanın “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” və Dr. Anar Vəliyevin “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” mövzusunda təqdimatları dinlənildi. Seminar maraqlı sual cavablarda daxil olmaqla diskusiya şəklində yekunlaşdı. Daha sonra seminar iştirakçıları və təşkilatçılar xatirə şəkili çəkdirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti