...

Şəmkirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2021 15:29 (UTC +04:00)
Şəmkirdə qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb (FOTO)

Bakı. Fərid Zöhrabov - Trend:

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyidən (AQTA) Trend-ə verilən məlumata görə, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Həyata keçirilən monitorinqlər zamanı Şəmkir şəhəri, R. Rəhimov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov İsrafil Qərib oğluna və rayonun Sabirkənd kəndində fəaliyyət göstərən, Əliyev Nurlan Məhəmməd oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrinə baxış keçirilib. Baxış zamanı məntəqələrdə antisanitar şəraitdə qanunsuz heyvan kəsiminin və baytarlıq ekspertizası aparılmadan ət satışının həyata keçirildiyi müəyyən olunub. Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti