...

Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri “Ümid yeri” Uşaq Sığınacağına baş çəkiblər (FOTO)

Cəmiyyət Materials 22 Dekabr 2021 09:33 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri  “Ümid yeri” Uşaq Sığınacağına baş çəkiblər (FOTO)

Bakı. Fərid Zöhrabov -Trend:

Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri (AGF) Bakının Binə qəsəbəsində yerləşən “Ümid yeri” Uşaq Sığınacağına baş çəkiblər.

Trend xəbər verir ki, görüşdə AGF-ın əməkdaşları ilə birlikdə bədii gimnastika üzrə yığma komandanın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da iştirak ediblər.

Onlar uşaq sığınacağının balaca sakinləri ilə xoş anlar keçiriblər. Federasiya nümayəndələri və gimnastlar qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə uşaqları təbrik edərək onlara xoşbəxt həyat arzulayıblar.

Gimnastlarımız balacalara yeni il hədiyyələri təqdim edib, onlarla xatirə şəkilləri çəkdiriblər.

Tədbir Covid-19 pandemiyası ilə bağlı qaydalar nəzərə alınaraq həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti