...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 22 Dekabr 2021 18:34 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 142 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-əverilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 083, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 634, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 425 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 125 458, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 147 759, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 649 537, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 328 162 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti