...

Gəncə Dövlət Universitetində 18 il - Güclü lider, qüdrətli dövlət, müasir ordu və Qarabağın azadlığına aparan yol” mövzusunda konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 24 Dekabr 2021 09:45 (UTC +04:00)
Gəncə Dövlət Universitetində 18 il - Güclü lider, qüdrətli dövlət, müasir ordu və Qarabağın azadlığına aparan yol” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Universitetində “18 il-Güclü lider, qüdrətli dövlət, müasir ordu və Qarabağın azadlığına aparan yol” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransı universitetin rektoru, professor Yusif Yusibov açaraq son 18 ildə Azərbaycanda həyata keçirilən işlər nəticəsində qazanılan uğurlardan danışmış və bütün bunlara görə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevə minnətdar olduğunu diqqətə çatdırmışdır.

Sonra müxtəlif mövzularda məruzələr dinlənilmşdir. Universitetin Menecment və turizm işi kafedrasının müdiri, dosent Əli Allahverdiyev “Ölkənin iqtisadi inkişafı, islahatlar, layihələr, uğurlar”, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə “Prezident İlham Əliyevin Ordu quruculuğu siyasəti”, Ümumi tarix kafedrasının baş müəllimi Bəxtiyar Məhərrəmov “ Diplomatiya və ölkənin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “Torpaqların işğaldan azad edilməsinin siyasi və diplomatik özülünün yaradılması” və Universitetin prorektoru, Millət Vəkili Pərvin Kərimzadə “Müstəqil Azərbaycanın bu günkü uğurları Prezident İlham Əliyevin adı ilə bağlıdır” mövzularında məruzələrlə çıxış etmişlər.

Univesitetin rektoru, professor Yusif Yusibov elmi-praktik konfransda yekun nitqi söyləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti