...

Kliniki Tibbi Mərkəzdə elektrik kəsintisinin səbəbi açıqlanıb

Cəmiyyət Materials 24 Dekabr 2021 12:31 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün saat 11:30 radələrində Kliniki Tibbi Mərkəzi elektirik enerjisi ilə təmin edən yüksək gərginlikli hava xəttində açılma baş verib və elektirik enerjisi təxminən 10 dəqiqə sonra, saat 11:40-da tam bərpa olunub.

Bu barədə Trend-ə Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayət oğlu məlumat verib.

"Mərkəzin bütün şöbələrində və ya korpuslarında ümumiyyətlə elektirik enerjisinin olmaması ilə bağlı yayılan məlumatlar əsassızdır. Bildiririk ki, Kliniki Tibbi Mərkəzin ümumilikdə 5 ədəd elektirik generatoru var və həmin zaman onlardan yalnız biri işə düşməyib. Bu da Mərkəzin Poliklinika şöbəsinin işinə təsir edib. Ağır xəstələrin olduğu digər şöbə və bölmələrdə elektirik enerjisinin verilişində problem yaşanmayıb. Bir daha bildirir ki, elektirk enerjisinin verilişində baş verən qısa fasiləli problem Kliniki Tibbi Mərkəzin fəaliyyətinə, mərkəzdə olan ağır xəstələrin vəziyyətinə heç bir təsir etməyib," - deyə xidmət rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti