...

“AzEduNet” şirkətinin beynəlxalq standartlarına uyğunluğu növbəti dəfə təsdiq olundu

Cəmiyyət Materials 24 Dekabr 2021 18:10 (UTC +04:00)
“AzEduNet” şirkətinin beynəlxalq standartlarına uyğunluğu növbəti dəfə təsdiq olundu

Bakı. Trend:

“AzEduNet” şirkətinin İnformasiya Texnologiyaları Xidmətinin İdarə olunması Sistemi ISO/IEC 20000-1:2018 standartına uyğunluğu növbəti dəfə təsdiq olundu. Bu sertifikatın əldə olunması məhz beynəlxalq standartlaşdırma üzrə qurumun bir üzvü və idarəetmə sisteminin sertifikatlaşdırılmasında dünya lideri olan Böyük Britaniyanın BSI (British Standart Institution) şirkəti tərəfindən təsdiq olunması böyük əhəmiyyət kəsb edir.

Belə ki, cari ilin sentyabrında aparılan ilkin, noyabrda isə sonuncu xarici audit nəticəsində heç bir uyğunsuzluq aşkar edilmədikdə, “AzEduNet” müştərilərinə beynəlxalq tələblərə uyğun İT xidmətləri göstərən şirkət kimi qəbul olunub.

Sözügedən sertifikatın əldə edilməsi şirkətdə daxili proseslərin düzgün idarə olunmasının və daima təkmilləşdiyinin göstəricisidir ki, bu da müştəri və digər maraqlı tərəflərinin təşkilata olan inam və etibarının artmasına zəmin yaradır. Xatırladaq ki, İT xidmətlər üzrə idarəetmə sistemini ilk dəfə AzEduNet şirkəti 2018-cı ildə İSO/IEC 20000-1:2011 standartı ilə sertifikatlaşdırıb. Bundan başqa şirkət ISO 9001:2008 və ISO 9001:2015 əldə etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti