...

Qanunsuz ticarət obyektinin tikintisi dayandırılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 29 Dekabr 2021 12:42 (UTC +04:00)
Qanunsuz ticarət obyektinin tikintisi dayandırılıb (FOTO/VİDEO)

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, belə ki, Agentliyin mütəxəssisləri tərəfindən Mingəçevir şəhəri, Təbriz küçəsi, 10A ünvanında “MRT” MMC tərəfindən müvafiq sənədlər olmadan ticarət obyektinin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti