...

Ölkə üzrə 55 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır (ÖZƏL)

Cəmiyyət Materials 10 Yanvar 2022 17:33 (UTC +04:00)
Ölkə üzrə 55 təhsil müəssisəsində təmir-tikinti işləri aparılır (ÖZƏL)

Bakı. Çingiz Səfərli - Trend:

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə ölkə üzrə 55 təhsil müəsissəsində təmir və tikinti işləri aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təmir və tikinti işləri aparılan müəssisələrdən 7-si Bakı şəhərində, 48-i (30 rayon üzrə o cümlədən Cəbrayıl, Ağdam rayonları və Şuşa şəhəri) isə regionlardadır.

"Bunlardan 3 peşə liseyi və 4 məktəbdənkənar təhsil müəssisəsində də əsaslı təmir və tikinti işləri aparılır" - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti