...

Azərbaycanda 359 nəfər COVID-19-a yoluxub, 8 nəfər vəfat edib

Cəmiyyət 17 Yanvar 2022 18:33 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 359 yeni yoluxma faktı qeydə alınıb, 263 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 626 085 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 608 777 nəfər müalicə olunaraq sağalıb, 8529 nəfər vəfat edib, aktiv xəstə sayı 8 779 nəfərdir.

Ölkədə son sutka ərzində 4 261, hazırkı dövrədək isə 6 010 761 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti