...

Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)

Cəmiyyət Materials 27 Yanvar 2022 12:25
Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində xaricdə doktorantura təhsili və beynəlxalq ikili diplom proqramı ilə əlaqədar görüş keçirib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Təhsil Nazirliyi Gəncə Dövlət Universitetində Respublika Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təbliği ilə əlaqədar tələbələrlə görüş keçirmişdir.

Görüşü giriş sözü ilə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Millət Vəkili Pərvin Kərimzadə açaraq Dövlət Proqramının əhəmiyyətindən danışmışdır.Sonra Təhsil Nazirliyinin müvafiq Dövlət Proqramı ilə məşğul olan əməkdaşları Turan Topalova, Tərlan Abbasova və Günay Mustafayeva çıxış edərək Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilindən və beynəlxalq ikili diplomun üstünlüklərindən danışmış, xaricdə təhsil qaydaları,qəbul şərtləri, qəbul olunduqdan sonra tələbələrin qarşısında duran vəzifələr, həmçinin təhsil xərcləri ilə bağlı məsələlərə aydınlıq gətirmişlər. Diqqətə çatdırılmışdır ki, ölkə başçısının göstərdiyi bu qayğı hər bir gənc üçün əlçatandır və bütün tələbələr yaradılan bu şəraitdən yararlana bilərlər.

Görüşün sonunda Təhsil Nazirliyinin nümayəndələri tələbələri maraqlandıran suallara cavab vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti