...

Bakıda magistral kəmərdə qəza: 3 rayonda sular kəsiləcək

Cəmiyyət Materials 10 Fevral 2022 17:47 (UTC +04:00)
Bakıda magistral kəmərdə qəza: 3 rayonda sular kəsiləcək

Bakı. Samir Əli - Trend:

Bakıda magistral su kəmərində qəza olub.

"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumatda bildirilir ki, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 10 fevral 2022-ci il tarixində axşam saatlarından başlayaraq təmir-bərpa işləri yekunlaşanadək Bakı şəhəri Sabunçu, Suraxanı və Xəzər rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti