...

Qazilərin avtomobillərinə hansı halda etibarnamə verilir?

Cəmiyyət Materials 18 Fevral 2022 13:07 (UTC +04:00)

Bakı. Humay Ağacanova - Trend:

Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərin başqalarının idarə etməsi üçün hansı halda etibar verilə bilməsinə aydınlıq gətirilib.

Trend xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov deyib ki, şəxs yalnız eyni yaşayış məntəqəsində yaşadığı şəxsə etibarnamə verə bilər.

Onun sözlərinə görə, eyni yaşayış məntəqəsində yaşayan şəxslər Agentliyə müraciət edən zaman müvafiq sənədləri təqdim etməlidirlər.

"Bu sənədlərlə həmin şəxs öz imtiyazını təsdiq etməlidir. Qarabağ müharibəsi əlili olduğunu və ya müharibə nəticəsində əlil olduğunu bildirən şəxs sənədi, yaşayış yerindən arayışı, maşını kimə etibar etmək istəyirsə, qohumluq dərəcəsinə aydınlıq gətirməlidir. Bu zaman etibarnamə verilə bilər. Təbii ki, etibarnamə verilən şəxsin sürücülük vəsiqəsi olmalıdır", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti