...

Gəncə Dövlət Universitetində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 18 Fevral 2022 13:36 (UTC +04:00)
Gəncə Dövlət Universitetində Nizami Gəncəviyə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Gəncə Dövlət Universitetində “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir keçirilib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Qarabağ müharibəsi Şəhdlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından danışmış, istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin dahi şairin irsinin öyrənilməsi və tədqiq edilməsi ilə bağlı imzaladıqları Sərəncamların əhəmiyyətindən danışmışdır.

Sonra Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşarın “Nizami Gəncəvi irsi və gənclik”, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü, şair Elməddin Nicatın “Nizami Gəncəvi yaradıcılığı haqqında”, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyevin “Nizami Gəncəvi özünütərbiyənin vasitə və yolları haqqında” və Universitetin Azərbaycan və Dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal İsgəndərovun “Nizami Gəncəvi yaradıcılığında gənclərə nəsihət” mövzularında məruzələri dinlənilmişdir.

Tədbirdə universitetin filologiya fakültəsi tələbələri Nizami Gəncəvinin yaradıcılığından nümunələr səsləndirmişlər.

Sonda bir qup müəllim və tələbəyə Dünya Gənc Türk Yazarlar Birliyinin Diplomları təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti