...

MÜSİAD Azərbaycan heyəti, Türkiyə səfirliyinin təhsil müşaviri, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanış olublar (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2022 21:56 (UTC +04:00)
MÜSİAD Azərbaycan heyəti, Türkiyə səfirliyinin təhsil müşaviri, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə tanış olublar (FOTO)

Bakı. Trend:

MÜSİAD Azərbaycan rəhbəri Rəşad Cabirli, Türkiyə səfirliyinin təhsil üzrə müşaviri Nihat Büyükbaşın da iştirak etdiyi heyət, bu gün Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib.

Bu barədə Trend-ə MÜSİAD-dan daxil olan məlumatda bildirilib.

Qeyd olunub ki , MÜSİAD təhsil komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə təşkilatın, sədr müavini Sait Yinanç, idarə heyətinin üzvü Alim Şentürk və Bakı Türk Anadolu liseyinin müdiri Nurullah Yazıcıdan ibarət heyət üzvləri mərkəzin işi ilə tanış olublar.

Qarşılıqlı fikir mübadiləsi ilə keçən görüş zamanı, təhsil mərkəzinin direktoru İdris Musayev qonaqlara həyata keçirilən layihələr haqqında məlumat verib.

Eyni zamanda MÜSİAD Azərbaycan ilə əməkdaşlıq müqaviləsi olan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında əməkdaşlıq planları və birgə iş sahələri müzakirə edilib.

Bununla yanaşı, heyət emalatxana və avadanlıqlarla yanaşı mərkəzin müəllim və tələbələri ilə görüşüb, tədris prosesini və tələbələr üçün tətbiqi təlimləri görmək imkanı əldə ediblər.

Bundan əlavə, Türkiyə səfirliyinin Təhsil Müşavirliyi, Bakı Türk Anadolu Liseyi və Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında birgə fəaliyyət və əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, bu il yanvarın 28-də MÜSİAD Azərbaycan, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında iş birliyinin perspektivlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti