...

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək

Cəmiyyət Materials 26 Fevral 2022 02:15 (UTC +04:00)
Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək

Bakı. Trend:

Milli Hidrometeorologiya Xidmətinin fevralın 25-i saat 22:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Sumqayıt, Bakı, Pirallahı, Neft Daşları, Çilov adası, Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.

Xidmətdən Trend-ə bildirilib ki, magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar görmə məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti