...

Azərbaycan Təhsil Nazirliyi ilə gələcək əməkdaşlığa ümid edirik - Böyük Britaniya səfirliyi

Cəmiyyət Materials 5 Mart 2022 17:13 (UTC +04:00)

Bakı. Maryana Əhmədova - Trend:

Azərbaycan Təhsil Nazirliyi ilə ölkədə tədris müəssisələrinin yaradılması sahəsində gələcək əməkdaşlığa ümid edirik.

Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin daimi nümayəndəsi Frenis Qardener-Trexo "Learning Hubs" üçillik tədris proqramının bitməsi mərasimində deyib.

"Bu proqramın nailiyyətlərini çoxsaylı tərəfdaş və mütəxəssislərlə əməkdaşlığa borcluyuq", - deyə o qeyd edib.

Onun sözlərinə görə, proqram inklüzivlik prinsiplərinə əsaslanıb və bütün Azərbaycanda mərkəzlərin yaradılmasına yol açıb.

"Bu müddət ərzində biz ümumilikdə 8 mindən çox şagirdlə işləməklə onların ingilis dili biliklərini, müzakirə aparmaq və tənqidi düşüncə bacarıqlarını inkişaf etdirmişik", - F.Qardener-Trexo deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti