...

Azərbaycan Ordusunda Beynəlxalq Qadınlar Günü münasibətilə silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 7 Mart 2022 16:35 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Ordusunda xidmət edən qadın hərbi qulluqçuların və mülki işçilərin iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan silsilə bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.

Çıxış edənlər Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil və hərbi tibb müəssisələrində, eləcə də digər sahələrdə xidmət edən qadın hərbi qulluqçularımızın, həmçinin mülki işlərdə çalışan qadınlarımızın əməyinin daim yüksək qiymətləndirildiyini bildiriblər. Onlara gələcək xidmətlərində, eləcə də şəxsi həyatlarında uğurlar və müvəffəqiyyətlər arzulayıblar.

Keçirilən tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub

Məqalədə:
Xəbər lenti

Xəbər lenti