...

Bakıda avtobusların sıxılmış təbii qaz və elektrik mühərrikinə keçid vaxtı dəyişib

Cəmiyyət Materials 9 Mart 2022 21:46 (UTC +04:00)
Bakıda avtobusların sıxılmış təbii qaz və elektrik mühərrikinə keçid vaxtı dəyişib

Bakı. Trend:

2025-ci ilə qədər Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qaz və ya elektrik mühərriki ilə təchiz edilməlidir.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair tələblərin müvafiq bəndində "2022-ci" sözləri "2025-ci" sözləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti