...

Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır - TƏBİB

Cəmiyyət Materials 11 Mart 2022 14:47 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Antibiotiklərdən lazımsız istifadə gələcəkdə bu müalicə üsulunun nəticəsini azaltmış olur.

Trend xəbər verir ki, bunu TƏBİB-in Dərman və tibb vasitələrin planlaması şöbəsinin müdiri Elmin Quliyev deyib.

O qeyd edib ki, bəzi bakteriyalar antibiotiklərin təsirinə qarşı müdafiə qabiliyyəti və davamlılıq qazanır və bu halda antibiotik həmin bakteriyaları məhv edə bilmir.

"Virusların törətdiyi hər hansı xəstəlikdə antibiotik işə yaramır. Çünki bəzən vətəndaşlar adi qrip hallarında da antibiotiklərdən istifadəyə üstünlük verir. Dünya təcrübəsində lazımsız yerə antibiotiklərin istifadəsində 5% halda əks təris müşahidə oluna bilər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti