...

Ombudsman qadının sığınacaqda qətlə yetirilməsi ilə bağlı açıqlama yayıb

Cəmiyyət Materials 15 Mart 2022 17:35 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azyaşlı övladlarıilə birlikdə “Ümid Yeri” Uşaq Sığınacağına yerləşdirilən qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Ombudsman tərəfindən araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə Trend-ə Ombudsman Aparatından məlumat verilib.

Ombudsman Aparatı tərəfindən “Ümid Yeri” Uşaq Sığınacağının rəhbərliyi ilə əlaqə saxlanılaraq baş vermiş hadisə barədə ətraflı məlumat alınıb, sığınacaqda saxlanılan şəxslərin hüquqlarının müdafiəsi məsələləri müzakirə olunub.Eyni zamanda sığınacaqda yaşayan üç azyaşlının vəziyyəti və psixoloji durumu, həmçinin baş vermiş hadisənin sığınacağın digər sakinlərinə təsiri öyrənilib.

Məsələnin obyektiv araşdırılması ilə əlaqədar Ombudsman Aparatı tərəfindən Xəzər Rayon Prokurorluğuna müraciət edilib.

Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılacaq və uşaqların hüquqlarının müdafiəsi ilə bağlı zəruri tədbirlər görüləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti