...

Ötən il 6,2 milyondan çox şəxs toya getmək üçün qeydiyyatdan keçib

Cəmiyyət Materials 16 Mart 2022 12:30 (UTC +04:00)
Ötən il 6,2 milyondan çox şəxs toya getmək üçün qeydiyyatdan keçib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Şənlik mərasimlərinin keçirilməsi üçün icazələrin verilməsi məqsədilə icaze.e-gov.az portalı Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən 26 iyun 2021-ci il tarixindən etibarən aktivləşdirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, ümumilikdə, 2021-ci il ərzində portal üzərindən 1120 şadlıq sarayı, 50 minə yaxın tədbir, 6,2 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Hazırda portal üzərindən 1192 şadlıq sarayı, 63,8 minə yaxın tədbir, 8 milyondan çox qonaq qeydiyyatdan keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti