...

Bakı Zooparkı bayram günləri işləyəcək? - AÇIQLAMA

Cəmiyyət Materials 17 Mart 2022 12:18 (UTC +04:00)
Bakı Zooparkı bayram günləri işləyəcək? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramı ilə bağlı Azərbaycanda 9 gün qeyri-iş günü olacaq. Bayram günləri əsasən də uşaqların sevimli məkanı olan Bakı Zooparkı necə fəaliyyət göstərəcək?

Məsələ ilə bağlı Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva Trend-in sualına cavab olaraq bildirib ki, zoopark adi rejimdə işləyəcək.

"Beləki kassalar həftənin beş günü səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq və onlayn formada da bilet satışı həyata keçiriləcək. Şənbə və bazar günləri isə kassalar səhər 9:00-dan fəaliyyət göstərəcəklər", - deyə icraçı direktor bildirib.

Qeyd edək ki, Bakı Zooloji Parkına girişin qiyməti böyüklər üçün 5 manat, uşaqlar üçün isə 2 manatdır. Üç yaşa qədər uşaqlar və şəhid ailələri üçün isə bilet pulsuzdur.

Bakı Zooloji Parkı IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulub. Yenidənqurmadan sonra Zooloji Parkın kompleksi ziyarətçilər üçün rahat və maraqlı məkana çevrilib, ümumi ərazisi demək olar ki, iki dəfə artırılaraq 4.25 hektara çatdırılıb. Hazırda zooparkdakı heyvan növlərinin ümumi sayı 125, “Qırmızı kitab”a düşən növlərin sayı isə 22-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti