...

Coca-Cola və ADA gənclərin Novruz bayramını təbrik edib (FOTO)

Cəmiyyət Materials 20 Mart 2022 11:47 (UTC +04:00)
Coca-Cola və ADA gənclərin Novruz bayramını təbrik edib (FOTO)

Bakı. Trend:

Coca-Cola və ADA Universiteti Novruz bayramına həsr edilmiş Bahar Gənclər Festivalı keçirərək tələbələr üçün şənlik təşkil edib, onların bayramını təbrik edib.

Festival çərçivəsində təşkil edilən sərgidə milli geyimlər, müxtəlif xalça məktəblərinin nümunələri, bayram mətbəxinin şirniyyatları nümayiş etdirilib.

Yerli və xarici tələbələrin, ADA məktəblilərinin, universitetin müəllim və işçi heyətinin iştirakı ilə keçirilən festivalda Novruz dəyərlərindən danışılıb, tonqal qalanıb və digər müxtəlif bayram adət-ənənələri həyata keçirilib.

Festival iştirakçılarına Coca-Cola Fondu, ADA Universiteti, ADA Universiteti Fondu, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AzEkol şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Təmiz ölkəm” ekoloji layihəsi çərçivəsində görülən işlər barədə də məlumatlar verilib. Təbiətin oyanışını simvolizə edən bu bayramda ətraf mühitin qorunmasının vacibliyi qonaqların diqqətinə çatdırılıb.

Festivala müxtəlif milli rəqslər, müğənni və DJ-lərin çıxışı əlavə rəng qatıb.

Qeyd edək ki, eyni zamanda Novruz bayramı ərəfəsində Coca-Cola şirkəti "Novruzun Rəngləri Coca-Cola ilə Süfrənizdə" kampaniyasını da həyata keçirir. Coca-Cola bu kampaniya ilə Novruz süfrələrini Azərbaycanın dərin tarixi və mədəniyyətindən gələn həyat rəmzləri ilə bəzəməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti