...

Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir

Cəmiyyət Materials 29 Mart 2022 17:07 (UTC +04:00)
Daxili su hövzələrində sənaye balıq ovu qadağan edilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar daxili su hövzələrində - çaylarda, göllərdə, su anbarlarında 1 aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə minir.

Trend xəbər verir ki, Moratorium sentyabrın 1-dək davam edəcək. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib.

Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ kollektorlara şamil edilmir.

F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb.

“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu ilə məşğul ola bilərlər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti