...

"Apple" və "Meta" səhvən istifadəçi məlumatlarını hakerlərə ötürüb

Cəmiyyət Materials 31 Mart 2022 01:39 (UTC +04:00)

Bakı. Trend:

Amerikanın “Apple” və “Meta” şirkətləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən hakerlərə istifadəçilər haqqında məlumatları təqdim ediblər.

Trend xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxta təcili sorğulara cavab olaraq şirkətlər hakerlərə qeydiyyatdan keçmiş istifadəçilər haqqında ünvan, telefon nömrəsi və IP ünvanı kimi məlumatları ötürüblər.

Agentlik qeyd edir ki, adətən bu cür sorğular müvafiq məhkəmə qərarı və ya digər sənədlər olduqda qanuni qüvvəyə malikdir, lakin təcili sorğular üçün məhkəmə qərarı tələb olunmur.

Qeyri-qanuni əldə edilmiş məlumatlar hakerlər tərəfindən maliyyə fırıldaqçılıq sxemlərini asanlaşdırmaq və digər məqsədlər üçün istifadə edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti