Bakı. Trend:
Sistem və şəbəkə administratorları təşkilatın texniki infrastrukturunu idarə edirlər. İş fəaliyyətlərinə şəbəkə sxemlərinin layihələndirilməsi və həyata keçirilməsindən tutmuş rəqəmsal lisenziyaların və aparat aktivlərinin idarə edilməsinə qədər hər şey daxildir. Əksər təşkilatlar istifadə etdikləri texnologiya ilə rəqabət üstünlüyü təmin etmək üçün sistem administratorlarına etibar edirlər.
ADAS-ın Sistem və Şəbəkə Administratorluğu dərslərinə qeydiyyatdan keçərək , gələcək karyeranıza doğru ilk addımı ADAS-la atın. ADAS sahə üzrə şirkətlərin tələblərinə uyğun mütəxəssis kimi yetişməyiniz üçün lazım olan bütün bilikləri metodiki və praktiki üsullarla öyrədir.