...

Qubada zəlzələ olub

Cəmiyyət Materials 13 Aprel 2022 02:29 (UTC +04:00)
Qubada zəlzələ olub

Bakı. Trend:

Siyəzən seysmoloji stansiyasından 25 kilometr cənub-qərbdə - Quba rayonunda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar aprelin 12-də, yerli vaxtla saat 23:42-də qeydə alınıb.

Ocağı 3 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.4-ə bərabər olub. Yeraltı təkanlar hiss olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti