...

Yerli təhsil şöbələri ləğv edilməyəcək - Nazirlik

Cəmiyyət Materials 14 Aprel 2022 11:28 (UTC +04:00)
Yerli təhsil şöbələri ləğv edilməyəcək - Nazirlik
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı demək deyil.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, yerli təhsil şöbələri ləğv edilməyəcək.

"Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti